“COP29-la bağlı Bakıya 80 minə yaxın xarici qonaq gələcək”

“Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.


Yerli KİV xəbər verir ki, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildilər və bələdçilərimizin sayı da məhdud idi: “Xidmət isə yalnız ingilis və rus dillərində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəxalq standartlara uyğun hazırlanır. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.


Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.