Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan Senzor.az-a verilən məlumat görə, Cəbrayıl RPŞ əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.
O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və "beşbarmaq", həmçinin üzərindən heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.