Gürcüstanın hakim partiyasının azərbaycanlı üzvü döyüldü –
ELƏ DÖYƏN DƏ AZƏRBAYCANLIDIR
Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının üzvü Tsalka bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) tərəfdarının fiziki zorakılığına məruz qalıb.
 
“Report” xəbər verir ki, bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.
 
Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov “Gürcü Arzusu”nun üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.
 
Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla “Gürcü Arzusu”ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub, nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.
 
Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.