Azərbaycan Milli Demokrat Partiyası Bakıda təsis konfransı keçirib

Yanvarın 13-də Bakıda Azərbaycan Milli Demokrat Partiyasının (AMDP-qeyri-rəsmi olaraq onu "Boz Qurd" adlandırırlar) təsis konfransı keçirilib. 

 

Turan bildirir ki, tədbirdə 54 nəfər iştirak edib. 

 

AMDP partiyanın qurultayına hazırlaşdığını, qurultayda sədr seçiləcəyini elan edib. İndiyə qədər AMDP-yə Tufan Kərim rəhbərlik edib. Elə təsis konfransına sədrlik də ona həvalə olunub. 

 

Konfransda məqsəd 2023-cü il tarixli "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən partiyanın qeydiyyatı üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsindən ötrü AMDP-nin mövcudluğunu qeydə almaqdır.

 

Eyniadlı partiya 1993-cü ildə Azərbaycanda o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov tərəfindən yaradılmışdı. Azərbaycan "boz qurdları"nın üzvləri Birinci Qarabağ Müharibəsi illərində fəal döyüşüblər. Hazırda AMDP özünü İsgəndər Həmidovun partiyasının ideyasının davamçısı hesab edir.

 

Konfrans iştirakçıları deyiblər ki, partiya bir gün olsun belə fəallığını dayandırmayıb və prinsiplərini dəyişməyib. Ancaq milli- demokratlar seçkilərdə iştirak etməyiblər və kütləvi aksiyalar keçirməyiblər. Xalq Cəbhəsi hökumətinin dağılması, İsgəndər Həmidovun həbsi və mühakimə edilməsilə onun partiyası faktiki olaraq fəaliyyətini dayandırıb.

 

Azərbaycanlı "boz qurdlar" özlərini Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) həmfikirləri hesab edirlər. Türkiyədə də "Boz qurd" adı rəsmi deyil. Bu təşkilatın rəsmi adı idealistlərdir. 1960-cı illərin sonlarında polkovnik Alparslan Türkeşin təşəbbüsü ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) himayəsi altında milliyyətçi  gənclik təşkilatı kimi yaradılıb. Onun siyasi idealı bütün türk ölkələri və xalqlarının konfederasiyasının yaradılması, həmçinin öz dövlətinin türk xarakterinin qorunmasıdır. 2018-ci ilin martında keçirilən mitinqdə çıxış edən Rəcəp Ərdogan "boz qurdlar"ın jestini (çeçələ barmağın irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) nümayiş etdirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.