
Senzor.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.