Ombudsman Penitensiar Xidmətin tərbiyə müəssisəsində görüş keçirib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində görüş keçirib.


Ombudsman Aparatının mətbuat xidmətindən Senzor.az-a bildiriblər ki, S.Əliyeva yetkinlik yaşına çatmayan şəxslərin sağlam həyat tərzi keçirmələrinin, təhsillərini davam etdirmələrinin və yeni biliklər əldə etmələrinin, habelə asudə vaxtlarını səmərəli keçirmələrinin onların cəmiyyətdə nümunəvi vətəndaş kimi formalaşmalarında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Ombudsman onların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyası və adaptasiyası üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını da diqqətə çatdırıb.


Tədbirdə iştirak edən “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva ombudsmanın gənclərin sağlam ruhda yetişməsi üçün həyata keçirdiyi fəaliyyətin önəmini vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.


Sonra ombudsman yetkinlik yaşına çatmayan şəxslərlə fərdi söhbət aparıb, onların qayğıları ilə maraqlanıb, hüquqlarını daim diqqətdə saxladığını qeyd edib.


Görüşün sonunda yeniyetmələrə hədiyyələr təqdim olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.