Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-ın Mayami şəhərində qəfildən vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, onun daha öncə itkin düşdüyü bildirilir.
Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş.
Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək.