Biləsuvar rayonunda 4 fərqli ünvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Senzor.az TƏBİB-ə istinadən bildirir ki, yanvarın 21-də gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.
Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.