Astara rayonunda ana və qızı dəm qazından boğularaq ölüb.
Hadisə rayonun Pensər kəndində baş verib. Belə ki, 1966-cı il təvəllüdlü Nazənin Şükürova anası, 1944-cü il təvəllüdlü Tahirə Əliyevanı yaşadıqları evin hamam otağında çimizdirən zaman dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Trend xatırladır ki, yanvarın 24-də oxşar hadisə Göygöl şəhərində baş vermişdi.