Oğuzda 57 yaşlı kişi evində ölmüş vəziyyətdə tapılıb.
Senzor.az bildirir ki, hadisə Oğuz şəhəri ərazisində yerləşən həyət evlərindən birində qeydə alınıb.
Həmin ünvanda tək yaşayan 1967-ci il təvəllüdlü Elşən Ənvər oğlu İbrahimovdan bir neçə gün xəbər çıxmadığı üçün yaxınlar polisə müraciət ediblər. Evə baxış zamanı E.İbrahimovun meyiti aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.