Xəzər dənizində insan qalıqları tapıldı - SOCAR-ın ƏMƏKDAŞINA MƏXSUS DEYİL
"Xəzər dənizinin Azərbaycan sektorunda tapılmış insan qalıqları Dövlət Neft Şirkətinin (SOCAR) dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus deyil".
 
Bunu “Report”a  açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
 
Xatırladaq ki, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlu itkin düşüb. O, dekabrın 1-də gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb, daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, bu gün dənizdə axtarış işləri davam etdirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.