Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin atası Nihat Cəlilov hər kəsdən üzr istəyib.
O, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.
N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.
O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.
Qeyd edək ki, “Jalilov” adı ilə “TikTok”da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə məşğuldur.
Onu da xatırladaq ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Axırıncı dəfə yaşlı qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.