Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Lənkəran rayon sakini K.Nəcəfəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib. Çayxanada aşkarlanan həmin şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.