Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər.
Faktla bağlı araşdırma aparılır.