Dünyanın ən nüfuzlu kino mükafatı olan “Oskar” 2026-cı ildə müsabiqəyə yeni nominasiya çıxaracaq.
Xarici KİV xəbər verir ki, ABŞ-ın Kino Akademiyası ən yaxşı kastinqə görə mükafat təqdim edəcəyini açıqlayıb.
Bu, 2002-ci ildə ən yaxşı animasiya filmi nominasiyasının əlavə edilməsindən sonra ilk yeni kateqoriya olacaq.
Kastinq direktorları son illərdə səs mühəndisləri, geyim dizaynerləri və qrimçilər kimi digər kino sənayesi peşəkarları ilə birgə tanınmağa nail olublar. Onlar filmin çəkiliş prosesinin ilkin mərhələlərində əsas rol oynayırlar. Kastinq üzrə mütəxəssislər həm birinci dərəcəli, həm də ikinci dərəcəli rollar üçün oyunçuların seçilməsinə cavabdehdir.
“Oskar” mükafatına ən yaxşı kastinq nominasiyasının əlavə edilməsi üzrə kampaniya bir neçə ildir davam edirdi. Kaskadyorlar isə uzun müddətdir ki, özlərinə mükafatı ayrılması üçün lobbiçilik etsələr də, hələlik buna nail ola bilməyiblər.