Şirvanda əcnəbiyə narkokuryerlik edən şəxs 4 kq narkotiklə yaxalandı

Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a  verilən məlumata görə, keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.

 

Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.