Cavanşir Quliyev: Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda əlil ola bilərdim

Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm.

 

Bunları Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

 

Səhhəti ilə bağlı danışan bəstəkar bildirib: “Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.