Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.
Senzor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Həşimov şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 (iyirmi min yüz) manat ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ş.Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.