Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq.
Bunu açıqlamasında "İdman TV"nin direktoru Rövşən Binnətli "Formula 1" üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib.
"Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq".
Qeyd edək ki, hazırda "Formula 1" üzrə Bəhreyn Qran-prisi start götürüb. Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.