Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.