Paytaxtda qadından külli miqdarda narkotik vasitə götürülüb.
Senzor.az bildirir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Nuriyeva adlı şəxs saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyeva barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.