Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


Senzor.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkilinin iştirak etmədiyi bildirilib. Bu səbəbdən iclas qeyri-müəyyən müddətə təxirə salınıb.


Xatırladaq ki, keçən il sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayəti verib daha sonra geri götürmüşdü.


Qeyd edək ki, bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.


Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş beş milyon manat dəyərində əmlak da müsadirə edilib.


Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.