Rusiyada həbsdə olan “qanuni oğru” Şakro Molodoy azadlığa çıxır

Rusiyada həbsdə olan “1 nömrəli qanun oğru” hesab olunan Şakro Molodoy (Zaxari Kalaşov) azadlığa çıxır.


Bu barədə Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsindən bildirilib.


Qeyd olunub ki, 70 yaşlı Zaxari Kalaşov səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılacaq.


Məhkəmə bağlı qapılar arxasında onun şərti azadlığa buraxılması tələbini təmin edib. Kalaşovun dəqiq nə vaxt azadlığa çıxacağı hələlik məlum deyil.


Qeyd edək ki, 2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsindəki restoranın sahibindən hədə-qorxu ilə pul tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.


Şakro Ded Xasan ləqəbli "kriminal avtoritet" Aslan Usoyan öldürüləndən sonra onun klanına rəhbərlik edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.