Bakının Binəqədi qəsəbəsində 16 yaşlı qız itkin düşüb.
Senzor.az-ın məlumatına görə, qəsəbənin “1-ci Mədən” adlanan ərazisindəki evlərdən birində yaşayan 1974-cü il təvəllüdlü Abbasov Zaur Aşur oğlu 16 mart tarixində Binəqədi Rayon Polis İdarəsinin 43-cü bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı - 2008-ci il təvəllüdlü Abbaslı Aişə Zaur qızı 11 mart 2024-cü il tarixdə saat 12 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.