Saatlı polisi əməliyyat keçirdi: saxlanılanlar var
FOTO

Saatlı Rayon Polis Şöbəsi  (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Gülməmməd Əliyev saxlanılıb. 

 

Senzor.az DİN Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən bildirir ki, ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. 

 

G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

 

Bundan başqa, Saatlı RPŞ əməkdaşlarının son bir həftə ərzində keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

 

Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

 

Həyata keçirilən digər tədbir zamanı rayonun Yeni Novruzlu kəndi ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsin Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Abbasov Emin olduğu da müəyyən edilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.