Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
APA- nın məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü E. Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.
O, əlindən ağır xəsarətlər alıb və təcili rayon xəstəxanasına aparılıb. Həkimlər ona ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədələnməsi, 2-ci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyublar.
Yaralıya zəruri tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.