Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də və sonuncusu aprelin 5-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.