Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!