Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkokuryer, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib.
K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan “Cəlal” adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.