Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və 5 kiloqrama yaxın metamfetamin olub.