Rusiyada erməninin azərbaycanlı bilərək bıçaqladığı həkim öldü
Cəmiyyət
Rusiyanın paytaxtı Moskvanın özəl klinikalarının birində erməniəsilli şəxsin azərbaycanlı bilərək bıçaqladığı özbək həkim xəstəxanada dünyasını dəyişib. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, dekabrın 13-də 60 yaşlı Murad Ohanesyan qeydiyyata düşmədən daxil olduğu klinikada 41 yaşlı stomatoloq Camal Odilovu bıçaqlayıb.