
Senzor.az 47news nəşrinə istinadən bildirir ki, 47 yaşlı separatçı Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılıb.
Əməliyyatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti aparıb.
B.Avaqyan qaçaqmalçılıq və sərhədi qeyri-qanuni keçməkdə ittiham edilir.
B.Avaqyan uzun müddət Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini işləyib.