Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir.
Senzor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılıb.