Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq halları ilə bağlı cinayətlərə görə cəzalar sərtləşdirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb.
Nazirlikdən bildirilib ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub.
Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb.
Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir. Bu cinayəti törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq.
Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər.
Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.