Lənkəranda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Şağlaküçə kəndində qeydə alınıb.
32 yaşlı E. Şükürzadə əmisinə məxsus yaşayış olmayan evdə elektrik naqili ilə özünü asaraq, həyatına son qoyub. Məlumata əsasən, E. Şükürzadə son aylardır gərgin və stresli həyat tərzi keçirib.
Onun bu vəziyyətə dözməyərək özünü öldürdüyü ehtimal edilir.