
Senzor.az bildirir ki, bunu "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" adlı tədbirdə çıxışı zamanı Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib
Onun sözlərinə görə, indiyədək AMADA tərəfindən dopinq testi ilə 7 belə hal aşkarlanıb.
"Narkotik vasitələrdən istifadə qlobal problemdir. Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizə aparılır", - deyə o qeyd edib.
Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar və 8 tədbir gerçəkləşdirib.