İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.
APA-nın xəbərinə görə, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.