İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiya Respublikasının hakimiyyəti 2026-cı ilə qədər Azərbaycanla birbaşa dəmir yolu əlaqələrinin açılacağına ümid edir.


Rusiya KİV xəbər verir ki, bunu Sunji şəhər şurasının sədr müavini Adam Kalimatov deyib.


“Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir”, - o vurğulayıb.


A.Kalimatov qeyd edib ki, Sunjadakı dəmiryol vağzalı 1990-cı ildə Çeçenistan Respublikasında gedən döyüşlərdən əvvəl mövcud olub: “Stansiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Stansiya hələ də “Rusiya Dəmir Yolları”nın balansındadır. Onun iki il ərzində, 2026-cı ilə qədər yenidən fəaliyyətə başlayacağı vəd edilir. Stansiyanın işə düşməsi ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Bu, müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq”.


Sədr müavini bildirib ki, marşrutun açılması ticarətin və regional iqtisadiyyatın inkişafına yeni təkan verəcək: “İnquşetiya sakinləri qatarla Bakıya səfər edə biləcəklər. Paralel olaraq, hakimiyyət orqanları Rusiyanın təsis qurumlarında mobil məntəqələrin və dayanacaq stansiyalarının təşkili məsələsini həll edir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.