
Senzor.az bildirir ki, bu barədə QSC-dən məlumat verilib.
1959-cu il təvəllüdlü B. Baxışov 2017-ci ildən Metropolitendə bu sahəyə rəhbərlik edib. O, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.
Qeyd edək ki, ondan əvvəl-səhər saatlarında Metropolitenin daha bir əməkdaşı - QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov da vəfat edib. Belə ki, “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edən əməkdaş üçün təcili tibbi yardım xidməti çağırılsa da, onlar çatana qədər E.Süleymanov dünyasını dəyişib.