Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Senzor.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan razılığa əsasən, ISMF tərəfindən Dünya Kubokunun "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2025-ci ilin yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dünya Kubokunun təşkili ilə bağlı qərar bu il martın 9-10-da Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.