İranda 250-dən çox satanist həbs edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb.
Sözügedən qəsəbədə 146-sı kişi, 115-i qadın olmaqla 261 şeytanpərəst təriqət üzvü saxlanılıb.
Qeyd olunub ki, həbs olunduqları zaman onları soyundurublar, üzlərində, başlarında və geyimlərində satanizm işarələri olub. Şeytani simvollar, spirtli içkilər və psixoaktiv maddələr, eləcə də 73 avtomobil ələ keçirilib.