Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il və 2005-ci il təvəllüdlü qızlara, eləcə də 1963-cü il təvəllüdlü qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.
Araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, xəsarət alanlar nənə və nəvələridir.