Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada tutuldu və...
BAKIYA GƏTİRİLDİ
Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü ilin 22 yanvar tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.
 
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Belə ki, Sədi Nəcimətdinovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Baş Prokurorluğun İstintaq idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
 
Sədi Nəcimətdinov Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilib.
 
2021-ci ilin dekabrın 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəcimətdinov Rusiyadan Azərbaycana gətirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.