Ukraynalı ağır atletlər Boqdan Tarasenko və Ruslan Kojakin antidopinq qaydalarını pozduqlarına görə 42 aylıq diskvalifikasiya ediliblər.
Beynəlxalq Dopinq-Test Agentliyinin (İTA) mətbuat xidməti xəbər verir ki, idmançıların orqanizmində trimetazidin aşkar edilib.
Diskvalifikasiya müddəti 2022-ci ilin oktyabrından hesablanıb və 2026-cı il iyunun 1-də başa çatacaq.
Qeyd edək ki, daha əvvəl rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva trimetazidin istifadə etdiyinə görə 4 il müddətinə idmandan uzaqlaşdırılıb.