Azərbaycan zəvvarlarının ilk qrupu bu səhər – saat 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.
Senzor.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları - zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.
Qeyd edək ki, bu il Azərbaycan üçün ümumilikdə 1 500 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.
Onu da xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.