Sosial şəbəkələrdə taksi sürücüsünün avtomobildə qadın sərnişin olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilib və o, Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.