Türkiyə Kosmik Agentliyinin fəzadan yenicə qayıdan Azərbaycan əsilli ikinci astronavtı Tuva Cihangir Atasever göydə və yerdə keçirdiyi həyəcan və qürur hissini bölüşüb.
O, Bakıdakı qohumları haqqında da danışıb.
Bildirib ki, ailə üzvləri onunla qürur duyublar.
"Azərbaycan mənim ana yurdumdur, yeri başqadır. Uşaqlıq illərimə aid çox gözəl xatirələrim var. Azərbaycanda çox olmuşam, anam Bakılıdır" - deyə o bildirib.
Ətraflı "Xəzər Xəbər"in süjetində: