İqlim naminə Parisdən Bakıya velosiped turu təşkil ediləcək
COP29

COP29 konfransına iqlimlə bağlı on velosiped təklifini çatdırmaq üçün bir qrup velosipedçi Fransadan Azərbaycanın paytaxtı Bakıya yola düşəcək.


Senzor.az xəbər verir ki, velosipedçilər tarixi iqlim sazişinin (COP21) imzalandığı Parisdən COP29-un keçiriləcəyi Bakıya 6 min 500 kilometrlik velosiped turuna hazırlaşıblar.


Velosipedçilər qrupu irəlilədikcə onlara Fransa şəhərlərindən, Niderlanddan, Almaniyadan, Bolqarıstandan, Türkiyədən və digər yolüstü ölkələrdən yeni iştirakçılar qatılacaqlar.


Qrupun məqsədi istixana qazlarının tullantılarının azaldılması üçün velosiped sürməyin əhəmiyyəti barədə məlumatlılığın artırılması ilə yanaşı, iştirakçı ölkələrin iqlim planlarında bu idman növünü inkişaf etdirmək üçün COP29 tədbirində 10 konkret təklif təqdim etməkdir. Bu təklifləri dəqiqləşdirmək üçün marşrut boyu əsas şəhərlərdə ekspertlər, birliklər və bələdiyyə nümayəndələri ilə görüşlər keçiriləcək.


İdeyanın tərəfdaşı “CycloTransEurope” bu maraqlı macəranı dəstəkləyib və Fransa Velosiped Turizm Federasiyasının üzvü olan bütün velosipedçiləri startda və mərhələlərdə qoşulmağa dəvət edib.


Velosipedçilərin yola düşməsi ilə bağlı tədbir iyunun 15-də Parisdə keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.