Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı - 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.
Bildirilib ki, Kamil Cəfərov kafe sahibi olub və hadisə də kafedə baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.
Məhkəmənin hökmü ilə S.Hüseynova 17 il həbs cəzası verilib.