Qusar rayonunda qəbirləri dağıdan şəxs həbs olunub.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.